Word of Mouth Marketing Nədir?

Word of Mouth Marketing Nədir?

Word of mouth marketing (WOM marketing) bir insanın istifadə etdiyi məhsul və ya xidmətdən razı qalaraq bu təcrübəsini başqaları ilə bölüşməsidir. Bu cür paylaşım adətən gündəlik söhbətlərdə, sosial mediada və ya şifahi şəkildə baş verir. Əsas üstünlüyü isə onun təbii və inandırıcı olmasıdır. İnsanlar tanıdıqları və güvəndikləri şəxslərin fikirlərinə daha çox inanırlar. WOM marketing şirkət üçün pulsuz və güclü bir reklam vasitəsidir. Bu cür tövsiyələr əsasən müştərinin gözləntilərini aşan məhsul və ya xidmətlə qarşılaşdığı zaman ortaya çıxır. Şirkətlər bunu təşviq etmək üçün xüsusi kampaniyalar, sosial media paylaşımları və ya təsirli müştəri hekayələri yarada bilərlər. Blog yazıları, videolar, emosional kontentlər WOM marketing-in bir hissəsidir. Bu yanaşma həm də müştəri məmnuniyyətinə və xidmət keyfiyyətinə daha çox diqqət yetirməyə səbəb olur. Qısacası, WOM marketing insanların bir-birinə tövsiyə etdiyi və güvən üzərində qurulan ən təsirli marketinq üsullarından biridir.

Word of mouth marketing-in üstünlükləri nələrdir?

Bəzi marketinq mütəxəssisləri bu üsulu o qədər də cəlbedici hesab etməyə bilər, çünki bu, insanların könüllü şəkildə məhsul haqqında danışmasına əsaslanır. Amma əslində isə word of mouth marketing çox güclü və təsirli bir reklam formasıdır. Word of mouth marketing markalara əsasən üç vacib sahədə böyük fayda verir:

  1. Marka tanınmasını artırır: İnsanlar bir məhsul haqqında danışdıqca, daha çox adam həmin məhsulla maraqlanmağa başlayır. Beləliklə, brend daha geniş kütləyə çatır. Kimsə məhsuldan razı qalırsa və bu barədə başqalarına danışırsa, digər insanlar da maraqlanır və yoxlamaq istəyir.
  2. Müştəri sadiqliyini gücləndirir: Məhsulu sevən müştərilər onu təkcə özləri istifadə etmir, eyni zamanda başqalarına da tövsiyə edirlər. Bu cür insanlar zamanla markaya daha çox bağlanır və daim eyni məhsulu seçirlər. Bu isə markanın davamlı satışını təmin edir.
  3. Güvən yaradır: İnsanlar tanıdıqları və güvəndikləri şəxslərin dediklərinə daha çox inanırlar. Əgər bir müştəri məhsulu bəyənib tövsiyə edirsə, bu, istənilən reklamdan daha inandırıcı olur. Qısacası, word of mouth marketing markanı tanıdır, müştəri məmnuniyyətini artırır və insanlar arasında etibar qurmağa kömək edir. Bu da onu marketinqin ən güclü vasitələrindən birinə çevirir.

Word of mouth marketing necə edilir?

Word of mouth marketing müştəri tövsiyələrindən istifadə edərək təbii yolla böyüməyə imkan yaradır. Düzgün planlaşdırılmış strategiyalarla bu üsul həm markaya olan etibarı artırır, həm də müştəri ilə davamlı əlaqə qurmağa kömək edir. İnsanların məhsul və ya xidmət haqqında öz razılıqlarını könüllü şəkildə paylaşması ən təsirli tanıtım üsullarından biridir. Bu üsuldan maksimum fayda əldə etmək üçün bir sıra vacib addımlar nəzərə alınmalıdır. Əvvəlcə, təqdim olunan məhsul və ya xidmət istifadəçidə müsbət təəssürat yaratmalı, gözləntiləri qarşılamaqla yanaşı, onları aşmalıdır. Bundan əlavə, müştərilərlə güvənə əsaslanan münasibət qurmaq və onların təcrübələrini paylaşmaları üçün motivasiyaedici şərait yaratmaq da önəmlidir. Bu cür yanaşma sayəsində markanız davamlı və etibarlı şəkildə inkişaf edə bilər.

Hədəf auditoriyianızı təhlil edin

Uğurlu word of mouth marketing strategiyası yaratmaq üçn ilk olaraq hədəf auditoriyanızı düzgün şəkildə təhlil etməlisiniz. Müştərilərinizin nəyə ehtiyacı olduğunu, hansı mövzularda maraqlı olduqlarını və gözləntilərini anlamaq onlara təsir edəcək doğru mesajları çatdırmağınıza kömək edir. Auditoriyanızı yaxşı tanıdıqda onlarla daha fərdi və təsirli ünsiyyət qurmaq mümkün olur. Hədəf auditoriyanızı təhlil etmək üçün müştəri sorğularından, rəy və təkliflərdən, həmçinin bazar araşdırmalarından istifadə edə bilərsiniz. Bu alətlər vasitəsilə auditoriyanızın davranışlarını və istəklərini daha dəqiq müəyyənləşdirə bilərsiniz. Əldə olunan məlumatlar isə məhsul və ya xidmətin hansı xüsusiyyətlərinin önə çıxarılmalı olduğunu və hansı platformalarda tanıtım aparılmasının daha səmərəli olacağını müəyyən etməyə imkan verir. Hədəfi düzgün təyin etmək marketinq strategiyanızın uğurunu birbaşa şəkildə təsir edir.

Məhsulunuzu fərqləndirin

Word of mouth marketing-in uğurlu olması üçün insanlar tərəfindən başqalarına tövsiyə ediləcək dəyərli bir məhsul və ya xidmət təqdim etmək vacibdir. Müştərilər adi və hər yerdə rast gəlinən məhsullardan çox, onlara özlərini xüsusi hiss etdirən və real fayda verən məhsulları paylaşmağa daha meylli olurlar. Buna görə də təqdim etdiyiniz məhsul və ya xidmət həm funksional, həm də fərqli olmalıdır. Məhsulun inkişaf mərhələsində müştəri rəylərinə diqqət yetirmək və onların ehtiyaclarına cavab verən innovativ yanaşmalar tətbiq etmək bu fərqliliyin əsasını təşkil edir. Eyni zamanda, məhsul və ya xidmətinizin hansı problemi həll etdiyini və ya istifadəçiyə hansı konkret dəyəri təqdim etdiyini aydın şəkildə ifadə etmək lazımdır. Bu, müştərinin diqqətini cəlb edir və onun təcrübəsini başqaları ilə paylaşmaq ehtimalını artırır. Fərqlənən və yadda qalan məhsul tövsiyələrin sayını da bir o qədər artırır.

Hekayəniz barəsində danışın

Brendinizin hekayəsi müştərilərlə emosional qarşılıqlı əlaqə qurmaq üçün güclü bir vasitədir. Mənalı və təsirli bir hekayə insanlarda maraq oyadır və onları bu hekayəni başqaları ilə bölüşməyə təşviq edir. Beləliklə, müştərilər təkcə məhsulu deyil, onun arxasında duran dəyərləri və məqsədləri də mənimsəyir. Hekayənizi yaradarkən brendinizin məqsədini, əsas dəyərlərini və istifadəçiyə təqdim etdiyi təcrübəni ön plana çəkməyə çalışın. Bu, müştərilərinizlə səmimi və davamlı bir əlaqə yaratmağa imkan verir. Eyni zamanda, real müştəri təcrübələri ilə hekayənizi birləşdirmək onu daha güclü və təsirli edir. Məsələn uğur qazanan müştərilərinizin təcrübələrini və ya çətinlikləri aşmaq hekayələrini paylaşmaq markanızı daha insani və ilhamverici göstərir. Bu da müştəri sədaqətini gücləndirir.

Müştərilərinizlə qarşılıqlı əlaqədə olmağa çalışın

Word of mouth marketing strategiyasının uğurlu olması üçün müştəriləri məhsul və ya xidmət haqqında rəy bildirməyə təşviq etmək çox önəmlidir. Müştərilərdən geri dönüş almaq onların brendiniz haqqında daha çox danışmasına şərait yaradır. Həmçinin bu rəyləri diqqətlə təhlil etmək və istər müsbət, istərsə də mənfi şərhlərə cavab vermək markanızın müştəri yönümlü olduğunu göstərir. Bu prosesdə müştərilərin fəallığını artırmaq üçün müxtəlif təşviqedici üsullardan istifadə edə bilərsiniz. Məsələn rəy bildirən müştərilərə xüsusi endirimlər təqdim etmək və ya onların fikirlərini sosial şəbəkələrdə paylaşmaq digər müştəriləri də eyni addımı atmağa sövq edəcəkdir. Eyni zamanda, mənfi rəylərə açıq şəkildə yanaşmaq və həmin məsələlər üzərində düzəlişlər aparmaq brendinizə olan güvəni artırır. Müştəri ilə davamlı və səmimi əlaqə qurmaq uzunmüddətli bağlılıq yaratmağın açarıdır.

Sosial mediada aktiv olun

Müasir dövrdə sosial media word of mouth marketing-in ən təsirli kanallarından birinə çevrilib. İnsanlar gündəlik həyatlarında sosial platformalarda paylaşım etməyə meylli olduqları üçün markanız haqqında yayılan fikirlər daha sürətli və geniş kütləyə çata bilir. Müştəriləri məhsul və ya xidmətiniz barədə paylaşım etməyə təşviq etməklə, brendinizin tanınmasını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Eyni zamanda, sosial mediada müştərilərin suallarına tez və səmimi cavab vermək markanızın etibarlı və əlçatan olduğunu göstərir. Müştərilərlə qarşılıqlı əlaqədə olmaq onların brendə daha çox bağlanmasına səbəb olur. Paylaşımlarınızda real müştəri təcrübələrinə yer vermək izləyicilərin diqqətini cəlb edir və onların da paylaşım etmə ehtimalını artırır. Sosial mediada aktiv və səmimi olmaq həm güvən yaradır, həm də word of mouth marketing strategiyasını gücləndirir.

Geri dönüşləri təhlil edin

Müştərilərinizin sizin haqqınızda dedikləri brendinizin gələcəyi üçün dəyərli bir məlumat mənbəyidir. Onların rəylərini diqqətlə dinləmək və düzgün şəkildə analiz etmək həm xidmət keyfiyyətinizi artırmaq, həm də word of mouth marketing strategiyanızı təkmilləşdirmək nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. Təkcə müsbət deyil, mənfi rəylərə də açıq yanaşmaq və bu fikirlərdən nəticə çıxarmaq inkişaf üçün əla fürsətlər yaradır. Müştəri fikirlərini toplamaq üçün onlara qısa sorğular təqdim edə, sosial media üzərindən izləmə apararaq geri dönüşlərlə bağlı məlumat toplaya və ya müştəri dəstək yazışmalarını təhlil edə bilərsiniz. Bu rəylər əsasında atacağınız düzəlişlər və yeniliklər müştəri təcrübəsini yaxşılaşdırmaqla yanaşı, brendinizə olan güvəni də artıracaq. Beləliklə, müştəriləriniz öz məmnuniyyətlərini başqaları ilə bölüşmək üçün daha çox motivasiya hiss edəcəklər.

Nəticələri analiz edin

Hər hansı bir strategiyanın uğurunu qiymətləndirmək üçün əldə olunan nəticələri düzgün şəkildə təhlil etmək vacibdir. Word of mouth marketing kampaniyalarının effektiv olub-olmadığını anlamaq üçün konkret göstəricilərə diqqət yetirmək lazımdır ki, bunlara sosial media paylaşımlarının sayı, müştəri tövsiyələrinin artması, referal proqramlara qoşulanların statistikası və satışlardakı dəyişikliklər aid ola bilər. Bu cür göstəricilər sizə hansı addımların effektiv olduğunu və nələrin dəyişdirilməli olduğunu göstərir. Əgər bu məlumatları davamlı izləyir və dəyərləndirirsinizsə, strategiyanızı daha düzgün istiqamətdə inkişaf etdirə bilərsiniz. Nəticələrin analizi, yalnız keçmiş fəaliyyətlərə qiymət vermək üçün deyil, eyni zamanda gələcək planlarınızı formalaşdırmaq üçün də əvəzolunmaz vasitədir. Beləliklə, strategiyanızın real təsir gücünü görmək və növbəti mərhələlər üçün daha sağlam qərarlar vermək mümkün olur.

Related Posts