Veb-sayt hazırlanması
Düzgün strategiya ilə fəaliyyətinizə uyğun şəkildə hazırlanmış bir veb-sayt sizi rəqəmsal dünyada təmsil edən önəmli bir vasitədir. Öncəliyim məqsəd və gözləntilərinizə uyğun, güclü texniki infrastruktura malik, funksional və təhlükəsiz veb-saytlarla şəxsi və ya korporativ markanızın böyüməsinə töhfə verməkdir. Sizə təkcə veb-sayt hazırlamağı deyil, uğurlu fəaliyyətinizin bir parçasını təklif edirəm!
Veb- sayt sizin rəqəmsal dünyadakı təmsilçinizdir!
Veb-saytınızı brendinizin bir parçası kimi hesab edərək onun sizin rəqəmsal mövqeyinizi təyin etdiyini və sizi təmsil etdiyini unutmayın. Saytınızın daim aktiv, funksional və etibarlı şəkildə istifadəçilərin qarşısına çıxması üçün o təkcə vizual üstünlüyə deyil, həm də texniki üstünlüyə malik olmalıdır. Qeyd edilən xüsusiyyətlərə sahib bir veb-sayt yaxşı istifadəçi təcrübəsi təmin etməklə yanaşı axtarış motorları tərəfindən də yüksək səviyyədə qiymətləndiriləcəkdir. Bu isə öz növbəsində brendinizin tanınmasına, istifadəçilərlə daha rahat əlaqə yaratmağınıza və satışlarınızın artmasına səbəb olacaq.
Sayt üçün önəmli olan özəlliklər
İstifadəçi interfeysi
Mobil uyğunluq
Sürət
SEO dostu veb-sayt
Güvənlik
Keyfiyyətli kontent
Veb-sayt hazırlanması mərhələləri
1
İlkin müzakirə və brief'in verilməsi
2
Saytın hazırlanmasına keçid
3
Lazım gədlikdə düzəlişlərin edilməsi
4
Saytın təhvil verilməsi
Fəaliyyətinizə uyğun paketi seçin
Portfolio
500 AZN
Korporativ
700 AZN
E-kommersiya
1500 AZN
Tez-Tez verilən suallar
Brendinizin tanınmasını təmin edəcək əsas vasitələrdən biri həm istifadəçilərin, həm də axtarış motorlarının kriteriyalarına uyğunlaşdırılmış, texniki cəhətdən optimallaşdırılan və təhlükəsiz istifadəni təmin edən bir veb-saytdır. Mən də sizə, bütün bu xüsusiyyətləri özündə daşıyan, fəaliyyət sahəniz və məqsədləriniz üçün xüsusiləşdirilmiş veb-saytların qurulmasını təklif edirəm. Hazırlığın ilk mərhələsindən sonuna qədər qarşılıqlı əlaqə vaistəsilə prosesin gedişatından xəbərdar olacaqsınız. Bundan əlavə veb-sayt təhvil verildikdən sonra lazım gəldikdə texniki dəstək də olunacaqdır.
Saytın hazırlanmasına sərf olunan vaxt saytın səhifə sayı, aid olduğu kateqoriya və dizaynı kimi bir çox amildən asılı olaraq dəyişə bilir.
Qiymət saytın neçə səhifədən ibarət olacağından və saytın istifadə məqsədindən, yəni fəaliyyət istiqamətindən asılı olaraq dəyişir.
Güvənliklə bağlı gündəlik backupların alınması, SLL serrtifikatı ilə təmin olunma, təhlükəsizlik plugininin qurulması kimi tədbirlər görürülr. Texniki dəstək müddətində də saytın təhlükəsizliyinə nəzarət olunur.
Sayt təhvil verildikdən sonrakı üç ay müddətində texniki dəstək və digər dəyişikliklər ödənişsiz həyata keçirilir.
Portfolio saytı müəyyən sahələr üzrə ixtisaslaşmış şəxslərin faəliyyət və bacarıqlarını sərgilədiyi bir vasitədir. Bu saytlar sizin özünüz və xidmətləriniz haqqında məlumatları potensial müştərilərə çatdırmağınıza və onlarla qarşılıqlı əlaqə qurmağınıza geniş imkanlar yaradır. Portfolio saytı siz və istifadəçilər üçün kataloq rolunu oynayır.
Korporativ veb sayt hər hansı bir şirkətin rəqəmsal imicini formalaşdıran və şirkətin məqsədi, dəyərləri, xidmət və məhsulları haqqında məlumat verən, eyni zamanda potensial müştərilərə çatmağa imkan yaradır. Şirkətin korporativ kimliyini rəqəmsal dünyada yansıdan bu saytlar, daim güncəl və etibarlı məzmunu özündə ehtiva etdiyi zaman istifadəçilər və axtarış motorları tərəfindən daha etibarlı bir sayt kimi qiymətləndirilir.
E-kommersiya saytı məhsul və xidmətlərin internet üzərindən alınmasını və satılmasını təmin edən edən bir vasitədir. Sizə rəqabət üstünlüyü yaradacaq bu saytlar, sizin daha geniş kütləyə xitab etmənizə və satışlarınızın artmasına yardım edəcək. Müştəri məmnuniyyətini təmin edəb bir e-kommersiya saytı sadə və rahat interfeysə malik, SEO dostu və ən əsasə güvənli olmalıdır. Bu xüsusiyyətlər müştəri təcrübəsinə birbaşa təsir göstərir ki, bu da fəaliyyətinizin nəticəsinə təsirsiz ötüşmür.