TikTokda Smart+ Kampaniyalarının Hansı Üstünlükləri Var?

TikTokda Smart+ Kampaniyalarının Hansı Üstünlükləri Var?

Süni intellektin inkişafı bir çox peşə sahəsində iş proseslərini sürətləndirir, analitik qərarverməni gücləndirir və insan resurslarından daha səmərəli istifadə edilməsinə imkan yaradır. Xüsusilə böyük şirkətlər artıq AI texnologiyalarını daxili idarəetmə sistemlərinə, müştəri dəstəyi proseslərinə və strateji planlaşdırmaya inteqrasiya edərək daha rəqabətcil mühit formalaşdırırlar. Bu inkişaf rəqəmsal reklam sektorunda da ciddi dəyişikliklər yaradıb və kampaniyaların daha dəqiq hədəflənməsinə şərait yaradıb. Google, Meta və TikTok platformaları AI əsaslı alqoritmlərlə istifadəçi davranışlarını daha dərindən analiz edir və reklamların performansını avtomatik şəkildə optimizasiya edir. Bu sistemlər reklam büdcəsinin daha effektiv xərclənməsinə, daha yüksək geri dönüş əldə edilməsinə və daha dəqiq proqnozlaşdırma aparılmasına kömək edir. 

Tiktok Smart+ kampaniyası nədir?

TikTok Smart+ kampaniyaları süni intellektdən istifadə edərək reklam proseslərini avtomatlaşdıran və daha effektiv edən reklam həlləridir. Bu model həm tətbiqdaxili, həm də veb-sayt üzərindən geri dönüş hədəfləyərək bizneslərin nəticələrini artırmağı məqsəd qoyur. Smart+ sistemi hədəfləyərək, təklif verərək və kreativ elementləri avtomatik şəkildə idarə edərək reklamı ən doğru auditoriyaya yönəldir. Nəticədə, şirkətlər performans məqsədlərinə daha tez və daha stabil şəkildə çata bilirlər.

Smart+ kampaniyalarının əsas xüsusiyyətləri hansılardır?

Smart+ Kampaniyalarının əsas xüsusiyyətləri reklam verənlərə daha az əməliyyat yükü ilə daha yüksək nəticə əldə etməyə imkan yaradan avtomatlaşdırılmış AI imkanlarına əsaslanır. Bu sistem kampaniyanın qurulmasından optimizasiyasına qədər bütün prosesi sadələşdirərək markalara daha ağıllı və stabil performans təmin edir. 

  • Sadələşdirilmiş quraşdırma: TikTok minimum əməliyyatla uğur əldə etməyə imkan verən sadə və istifadəsi rahat vahid interfeys təqdim edir. Smart+ üçün əsas performans göstəricilərinizi (KPI), kreativ materiallarınızı, hədəf bölgənizi və dili müəyyənləşdirin, qalan optimizasiya prosesini isə Smart+ Kampaniyalarına həvalə edin.
  • Reklam idarəetməsinin optimizasiyası: TikTok biznes məqsədlərinizə uyğun yüksək performanslı reklamlar yaratmağınıza və onları idarə etməyinizə kömək edir. Kampaniyanız aktivləşdirildiyi andan Smart+ sistemi daxilində mövcud olan bütün qabaqcıl optimizasiya üsullarını avtomatik şəkildə tətbiq edir.
  • Ödənişli və orqanik optimizasiya: Geri dönüşləri artırmaq və TikTok-da görünürlüğünüzü gücləndirmək üçün Smart+ müəyyən paylaşımlara avtomatik şəkildə orqanik bağlayıcı keçid əlavə edir. Bu keçidlər yalnız 18 yaşdan yuxarı istifadəçilərə göstərilir.
  • Avtomatik kreativ yaratma: Bu, reklam qrupunda performansın zəifləməsini aşkar edən və avtomatik yeniləmə strategiyaları vasitəsilə CTA-lar və format variasiyaları da daxil olmaqla kreativ kombinasiyaları optimallaşdırmağa imkan verən TikTok-un avtomatik kreativ həllidir. Bu xüsusiyyət sayəsində reklam təsirinin azalması minimuma enir, reklam qrupunun ömrü uzanır və xərclər zamanla daha səmərəli şəkildə idarə olunur. Smart+ həmçinin büdcəni ən yaxşı nəticə verən kreativ materiallara yönləndirərək zəif performans göstərənləri avtomatik olaraq dayandırır. Nəticədə, kampaniyaların idarə edilməsinə sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalır.

TikTok-un inkişaf etmiş kreativ süni intellekt imkanları yeni kreativ materiallar yaratmağınıza, uyğun variantlar təklif etməyinizə və mövcud aktivləri optimallaşdırmağınıza şərait yaradır. İstəyə bağlı AI funksiyaları musiqi, diqqətçəkən hissələr, formatlar və ssenarilər kimi müxtəlif elementləri birləşdirərək fərqli reklam variasiyaları hazırlamağa və yayımlamağa imkan verir. Eyni zamanda, istədiyiniz anda TikTok Ads Manager-də Smart+ tərəfindən avtomatik yaradılan kreativləri deaktiv edə bilərsiniz.

Smart+ kampaniyalarının üstünlükləri

Smart+ kampaniyasının üstünlüklərinə aşağıdakilar aiddir:

  • Daha yaxşı performans üçün optimizasiya: Maşın öyrənməsi və proqnozlaşdırıcı süni intellektdən yararlanaraq biznesinizin marketinq məqsədlərinə uyğun yüksək nəticə verən kampaniyalar qura bilərsiniz.
  • Reklam fəaliyyətlərinə daha az vaxt sərf edilməsi: Smart+ Kampaniyanızı qurun və idarəetmənin qalan hissəsini TikTok-un avtomatlaşdırılmış sisteminə buraxa bulərsiniz. Bu funksiya reklamların hazırlanması və idarə olunmasını sadələşdirərək vaxtınıza və əmək resurslarınıza əhəmiyyətli qənaət etməyə imkan verir.
  • Kreativ yaratmağın asan olması: Kreativ materialların hədəf auditoriyaya təqdim olunmasını avtomatik şəkildə idarə edərək, kreativdən qaynaqlanan performans itkilərini azalda və ümumi xərcləri optimallaşdıra bilərsiniz.

Smart+ Lead kampaniyaları

Smart+ Lead kampaniyaları TikTok-un süni intellektlə optimallaşdırılmış reklam texnologiyasına əsaslanaraq, bizneslərin daha çox və daha keyfiyyətli lead əldə etməsinə kömək edən ən effektiv həllərdən biridir. Bu kampaniya modeli reklam yaradıcılığından tutmuş hədəfləmə və yerləşdirməyə qədər bir çox prosesi avtomatlaşdırır və beləliklə reklamverənlərin vaxtına və resurslarına qənaət etməsinə şərait yaradır. Smart+ mexanizmi istifadəçi davranışlarını real vaxtda analiz edir və uyğun mesajı uyğun auditoriyaya çatdırmaq üçün kampaniyanı davamlı şəkildə optimallaşdırır. Məqsəd isə minimum idarəetmə ilə maksimum performans əldə etməkdir.

Smart+ Lead kampaniyalarının ən böyük üstünlüyü onların sadələşdirilmiş quruluşudur. Reklamverən yalnız lead generation məqsədini seçir və Smart+ kampaniya rejimini aktivləşdirir, qalan bütün optimizasiya işlərini TikTok özü idarə edir. Sistem həm Website, həm Instant Form, həm də mesaj əsaslı lead toplama formatlarını dəstəkləyir və hər biri üçün uyğun performans məqsədi təyin edir. Məsələn, Website üçün conversion, Instant Form üçün form submission, mesaj əsaslı kampaniyalar üçün isə conversations məqsədi avtomatik uyğunlaşdırılır. Targeting seçimləri də optimallaşdırılmışdır və kampaniyanın məqsədinə uyğun minimum parametrlərlə işləyir. Reklamverən yalnız yer, yaş həddi, dil və istisna ediləcək auditoriyanı seçir, qalan bütün hədəfləmə AI tərəfindən idarə olunur. Smart+ kampaniyalarında yerləşdirmələr əl ilə seçilmir, çünki sistem ən yaxşı nəticəni təmin edəcək avtomatik placement strategiyasından istifadə edir. 

Smart+ Lead kampaniyalarında performansı artırmaq üçün bir neçə addım

Smart+ Lead Generation Kampaniyalarından maksimum performans əldə etmək üçün aşağıda tövsiyə olunan addımlar sizə əhəmiyyətli dərəcədə kömək edə bilər. Bu təcrübələr kampaniyanın öyrənmə mərhələsindən tutmuş hədəfləməyə, büdcə idarəçiliyindən kreativ optimizasiyasına qədər bütün prosesləri daha stabil və nəticəyönümlü şəkildə idarə etməyə imkan verir. Onlara əməl etməklə həm lead keyfiyyətini, həm də CPA sabitliyini artırmaq mümkündür. Ümumilikdə bu tövsiyələr Smart+ mexanizminin potensialını tam şəkildə istifadə etməyinizə və reklam investisiyasından daha yüksək dönüş əldə etməyinizə şərait yaradır.

Kampaniya performansını optimallaşdırın

  • Öyrənmə mərhələsinin tamamlanmasına icazə verin: Kampaniyanın ilk 7 günlük çatdırılma dövründə bid, auditoriya və ya kreativdə edilən dəyişikliklər öyrənmə mərhələsinə təsir göstərə bilər. Məsləhət görülür ki, ilk 7 gün ərzində bid, auditoriya və kreativdə heç bir böyük dəyişiklik etmədən kampaniyanın işləməsinə icazə verəsiniz.
  • Günlük büdcə strategiyası: Öyrənmə mərhələsini dəstəkləmək üçün günlük büdcənin orta günlük CPA-nın ən azı 10 qatı olaraq təyin edilməsi tövsiyə edilir. Bu yanaşma optimizasiya üçün kifayət qədər lead toplamağa və CPA dəyişkənliyinin qarşısını almağa kömək edir.
  • Cost Cap bidding: Kampaniya quraşdırılması zamanı target CPA daxil edərək Cost Cap bidding strategiyasından istifadə edin. Bu hədəf son 7 günün tarixi məlumatlarına əsaslanmalıdır.
  • Lead Generation reklamları üçün Dayparting: Əgər çağrı mərkəzi və ya mağazalar üçün müəyyən iş saatlarınız varsa, Advanced settings bölməsindən Dayparting istifadə edin ki, reklamlar uyğun vaxtlarda göstərilsin və iş saatlarından kənar dövrlərdə pauza və ya əl ilə yenidən aktivləşdirmə ehtiyacının qarşısı alınsın.

Hədəfləmənin effektivliyini artırın

  • Geniş targeting: Smart+ Lead Generation Kampaniyalarında daha geniş auditoriyaya çatmaq üçün broad targeting istifadə etməyi tövsiyə edilir. Lakin geniş hədəfləmə nəticəsində lead keyfiyyəti aşağı düşərsə, daha çox seçimdən istifadə edərək auditoriyanı daralda bilərsiniz.
  • Targeting seçimləri: Auditoriyanızı daraltmaq üçün qabaqcıl targeting funksiyalarından istifadə edin:
  1. Advanced settings bölməsində minimum yaş həddini (18 və ya 25) təyin edin.
  2. Yeni potensial lead-lərə fokuslanmaq üçün xüsusi (custom) və ya oxşar (lookalike) auditoriyaları istisna edə bilərsiniz.
  3. Audience suggestions funksiyasını yoxlayın: Bu xüsusiyyət hədəf auditoriyanızı müəyyənləşdirməyə və prioritetləşdirməyə kömək edir. Audience suggestion yalnız allowlist ilə mövcuddur və bütün reklamverənlər üçün əlçatan deyil.

Lead Ad yönləndirməsini optimallaşdırın

  • Website Lead Generation üçün landing page test edin: Landing page-inizin bütün cihazlarda, xüsusilə mobil telefonlarda sürətli yükləndiyinə əmin olun. Yavaş yüklənən səhifə geri dönüş göstəricilərinə mənfi təsir göstərə bilər.
  • TikTok Instant Forms-u nəzərdən keçirin: TikTok Instant Forms istifadə edərək Smart+ Lead Generation kampaniyası başlatmağı düşünün.

Kampaniya effektivliyinin azalmasını idarə edin

  • Məlumat tendensiyalarını qiymətləndirin: CPA-da baş verən artımlara dərhal reaksiya vermək əvəzinə performansı bir neçə gün ərzində analiz edin. Öyrənmə mərhələsi (ilk 7 gün) zamanı çox erkən dəyişikliklər etmək tövsiyə olunmur.
  • Öyrənmə mərhələsindən sonra CPA-nı sabitləşdirin: Öyrənmə prosesi başa çatdıqdan sonra CPA göstəricilərini üç gün ərzində izləyin. Əgər sabitlik yaranmırsa, yeni kreativləri test edin və ya büdcəni tənzimləyin. Performansın düşməməsi üçün büdcənin artırılmasını gündə maksimum 50% ilə məhdudlaşdırmağı məsləhət görülür.
  • Kreativləri mütəmadi yeniləyin: Büdcə balansını qorumaq üçün mövcud kreativləri silmədən kampaniyaya 2–5 arası yeni kreativ əlavə etməyiniz məqsədəuyğundur. Eyni anda çox sayda (10-dan çox) kreativ əlavə etmək isə büdcə paylanmasına mənfi təsir göstərə bilər.
Yusif Maniyev
Yusif Maniyev
Digital Marketing Expert

Yusif Maniyev Azərbaycanda fəaliyyət göstərən SEO mütəxəssisi və rəqəmsal marketinq eksperti kimi SEO, SEM, SMM və kontent strategiyası sahələrində brendlərin Google-da görünürlüğünü artırır.

Related Posts
Leave a Reply

Your email address will not be published.Required fields are marked *