Bakıda peşəkar SEO xidməti

Düzgün SEO strategiyası sizin biznesinizi Google axtarış nəticələrində ön sıralara çıxararaq məhsul və xidmətlərinizi daha geniş müştəri bazasına çatdırmağa kömək edir. Bakıda və bütün Azərbaycanda bizneslərə texniki, on-page və off-page SEO xidmətləri göstəririk.

5.0Google-da 28 rəy
8+İl SEO təcrübəsi
50+Tamamlanmış layihə
25+Fəaliyyət sahəsi

SEO nədir?

SEO saytın Google və digər axtarış nəticələrində ön sırada görünməsi üçün aparılan optimizasiya prosesidir. Bu proses saytın texniki vəziyyətini, kontent keyfiyyətini, açar söz istifadəsini və istifadəçi təcrübəsini yaxşılaşdırmağa yönəlir. SEO-nun əsas məqsədi sayta daha çox hədəfli və orqanik trafik cəlb etməkdir. Düzgün SEO strategiyası biznesin online məcrada daha görünən olmasına və potensial müştərilərə daha rahat çatmasına kömək edir.

SEO haqqında ətraflı oxuyun

SEO nə üçün vacibdir?

SEO saytın potensial müştərilərə daha rahat çatmasına kömək etdiyi üçün vacibdir. İnsanlar məhsul və ya xidmət axtaranda adətən ilk səhifədə çıxan nəticələrə daha çox güvənir. Düzgün SEO strategiyası sayta davamlı orqanik trafik gətirə bilər. Bu da biznesin tanınmasına, müraciətlərin artmasına və uzunmüddətli rəqəmsal inkişafına dəstək olur.

Peşəkar SEO xidməti biznesinizə nə qazandırır?

Hisslə deyil, insight-la idarə olunan marketinq sistemi.

Aylıq inkişaf

Orqanik trafikin artması

Düzgün SEO strategiyası saytınızın axtarış nəticələrində görünürlüğünü artıraraq daha çox potensial müştərinin cəlbinə imkan yaradır.

Rəqabət üstünlüyü

SEO bazardakı imkanları və rəqiblərin strategiyaları müəyyənləşdirərək biznesinizi önə çıxarır.

Daha yaxşı istifadəçi təcrübəsi

Saytın strukturu, məzmunu və istifadə rahatlığı istifadəçilərin saytda daha çox vaxt keçirməsinə səbəb olur.

Daha yüksək ROİ

Effektiv SEO strategiyası yüksək dönüşüm potensialı yaradaraq marketinq büdcənizdən daha səmərəli nəticə əldə etməyə kömək edir.

SEO xidmətimizə nələr daxildir?

Saytınızın axtarış nəticələrində önə çıxması üçün gördüyümüz işlər.

SEO auditi

Saytın texniki vəziyyəti, kontenti, indekslənməsi, strukturu və mövcud SEO göstəriciləri təhlil edilir.

Texniki SEO

Sayt sürəti, mobil uyğunluq, indekslənmə, URL strukturu, yönləndirmələr, sitemap və digər texniki məsələlər optimallaşdırılır.

On-page SEO

Title, meta description, başlıq strukturu, URL, şəkil alt mətnləri, daxili linklər və səhifə kontenti təkmilləşdirilir.

Off-page SEO

Saytın xarici nüfuzunu və etibarlılığını gücləndirmək üçün uyğun link və brend qeyd strategiyası hazırlanır.

SEO kontent strategiyası

Axtarış niyyətinə uyğun xidmət səhifələri, kateqoriya mətnləri və bloq mövzuları planlaşdırılır.

Analitika və hesabat

Google Analytics, Google Search Console və digər alətlər vasitəsilə nəticələr izlənilir və mütəmadi hesabat təqdim olunur.

SEO xidməti necə aparılır?

İşə saytın mövcud vəziyyətini öyrənməklə başlayırıq və hər mərhələnin nəticəsini ölçürük.

Birinci mərhələ

Audit və strategiya

Saytın texniki vəziyyəti, kontenti və rəqibləri təhlil olunur, açar sözlər araşdırılır və iş planı hazırlanır.

İkinci mərhələ

Texniki və on-page işlər

Sayt sürəti, indekslənmə, başlıqlar, meta məlumatlar və daxili linklər qaydaya salınır.

Üçüncü mərhələ

Kontent və linklər

Axtarış niyyətinə uyğun səhifələr və məqalələr hazırlanır, etibarlı mənbələrdən backlinklər qazanılır.

Dördüncü mərhələ

Ölçmə və hesabat

Nəticələr Google Search Console və Google Analytics ilə izlənilir, hər ay hesabat təqdim olunur və strategiya yenilənir.

SEO Xidməti Qiymətləri və Paketləri

SEO xidmətinin qiyməti saytın həcmindən və sahədəki rəqabət səviyyəsindən asılıdır. Paketlər 500 AZN-dən başlayır.

Standart

Standart paket

500 AZN-dən başlayaraq

Paketə daxil olan xidmətlər

  • Detallı SEO Audit
  • Sayta Analitika alətləri qurulması
  • Texniki SEO
  • Onpage SEO
  • Backlinklərin alınması
  • Aylıq hesabatlar

Qeyd: Minimum 6 aylıq razılaşma olmalıdır.
Qeyd 2: Tövsiyəmiz hər ay rəqabətə uyğun olaraq backlinklərin alınmasıdır. Backlink ümumi qiymətə daxil deyil.

Müraciət et
E-commerce

E-commerce paket

1200 AZN-dən başlayaraq

Elektron ticarət və çox səhifəli saytlar üçün nəzərdə tutulmuşdur

Paketə daxil olan xidmətlər

  • Detallı SEO Auditin aparılması
  • Sayta Analitika alətləri qurulması
  • Texniki SEO
  • Onpage SEO
  • Backlinklərin alınması
  • Aylıq hesabatların verilməsi

Qeyd 1: Minimum 6 aylıq razılaşma olmalıdır.
Qeyd 2: Tövsiyəmiz hər ay rəqabətə uyğun olaraq backlinklərin alınmasıdır. Backlink ümumi qiymətə daxil deyil.

Müraciət et

SEO qiymətlərinə nələr təsir edir?

SEO xidmeti qiymətləri hər layihə üçün ayrıca hesablanır. Qiymətə əsasən bu amillər təsir edir.

Saytın həcmi

Səhifə və məhsul sayı artdıqca texniki yoxlama, on-page optimizasiya və kontent işinin həcmi də artır.

Sahədəki rəqabət

Rəqiblərin güclü olduğu sahələrdə ön sıralara çıxmaq üçün daha çox kontent və link işi tələb olunur.

Açar sözlər və bazar

Hədəflənən açar sözlərin sayı, lokal və ya beynəlxalq bazar seçimi iş planını müəyyən edir.

Saytın texniki vəziyyəti

Sürət, indekslənmə və struktur problemlərinin sayı ilkin mərhələnin həcminə təsir edir.

Kontent ehtiyacı

Yeni xidmət səhifələri, kateqoriya mətnləri və bloq yazılarına olan ehtiyac nəzərə alınır.

Backlink büdcəsi

Backlinklər ümumi qiymətə daxil deyil və rəqabətə uyğun olaraq ayrıca planlaşdırılır.

Standart paket 500 AZN-dən, e-commerce paket 1200 AZN-dən başlayır. Dəqiq qiymət saytınızın ilkin təhlilindən sonra müəyyən olunur.

Hansı saytlar üçün SEO xidməti göstəririk?

Bakıda və bütün Azərbaycanda müxtəlif sahələrdən olan bizneslərə SEO xidmətləri göstəririk. Hər sahənin axtarış davranışı fərqlidir, ona görə strategiya saytın növünə görə qurulur.

E-commerce saytları

Məhsul və kateqoriya səhifələrinin optimizasiyası ilə onlayn satışların artırılması.

Lokal bizneslər

Xəritə və yerli axtarışlarda görünmək üçün lokal SEO və Google My Business qeydiyyatı.

Korporativ və xidmət saytları

Xidmət səhifələri üzrə hədəfli açar sözlərdə ön sıralara çıxmaq və müraciətləri artırmaq.

Xəbər və kontent saytları

Google Discover və axtarış trafikinin artırılması üçün kontent və texniki optimizasiya.

Təcrübəmizin Olduğu Layihələr

SEO Nəticələrimiz

Xəbər saytı

30x

Discover trafiki 30 dəfə artırıldı.

  • 980Kklik
  • 12.1Mgöstərilmə
  • 8.1%orta CTR

ABŞ tikinti bazarı

+40%

3 ay ərzində orqanik trafik 40% artırıldı.

  • 39.3Kklik, son 6 ay
  • 3.04Mgöstərilmə
  • 14.4orta mövqe

Tibb sektoru

TOP 3

Yeni sayt 1 il ərzində sektorda TOP 3-ə yüksəldildi.

  • 461Kklik
  • 6.51Mgöstərilmə
  • 5.3orta mövqe

İş elanları saytı

TOP 3

Bir çox açar söz üzrə TOP 3 mövqe əldə edildi.

  • 1.97Mklik, 12 ay
  • 16.4Mgöstərilmə

Təhsil sektoru

TOP 3

Spesifik kurs sahəsi üzrə açar sözlər TOP 3-ə çatdırıldı.

Yusif Maniyev, SEO və rəqəmsal marketinq mütəxəssisi

Niyə məhz Yusif Maniyev?

Mən Yusif Maniyev, rəqəmsal marketinq sahəsi üzrə ixtisaslaşmış və bu sahə üzrə dolğun təcrübəyə malik bir marketoloqam. Fəaliyyətim boyunca SEO, SEM, SMM və kontent marketinq istiqamətlərində müxtəlif ölçülü və müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərlə işləmişəm.

SEO xidmətini birbaşa özüm idarə edirəm: hər layihədə saytın vəziyyətini təhlil edir, biznesin hədəflərinə uyğun strategiya qurur və nəticələri hər ay real məlumatlarla göstərirəm.

  • 8+ il SEO və rəqəmsal marketinq təcrübəsi
  • 50+ tamamlanmış layihə, 25+ fəaliyyət sahəsi
  • Azərbaycan və xarici bazarlar üzrə SEO layihələri
  • Google Search Console və Analytics məlumatları ilə aylıq hesabat

SEO Xidmeti Haqqında Tez-Tez Verilən Suallar

SEO xidməti saytın Google və digər axtarış sistemlərində ön sırada olması üçün aparılan optimizasiya işləridir. Bu xidmətə açar söz analizi, kontent optimizasiyası, on-page SEO, off-page SEO, texniki optimizasiya və nəticələrin izlənməsi daxildir. SEO xidməti biznesin potensial müştərilərə daha rahat çatmasına kömək edir. Düzgün optimizasiya edilmiş sayt uzunmüddətli trafik yarada bilər. Bu da satış, müraciət və brend etibarının artmasına dəstək olur.

SEO uzunmüddətli bir proses olduğundan, uğurlu nəticə əldə etmək də müəyyən qədər vaxt tələb edir. Adətən, aşağı rəqabətli açar sözlər üzrə 4-6 ay, yüksək rəqabətli açar sözlər üzrə isə 8 və ya 10-cu aydan etibarən düzgün nəticə əldə etmək mümkündür.

Qiymət saytın aid olduğu kateqoriya, saytın fəaliyyət göstərəcəyi sahə üzrə rəqabət səviyyəsi və digər tələblərə əsasən təyin olunur. SEO xidmətlərimizin qiyməti layihənin həcmindən asılı olaraq 500-1200 AZN aralığında dəyişir.

Google-da görünmək və orqanik müştəri qazanmaq istəyən əksər saytlar üçün SEO vacibdir. Xüsusilə xidmət, e-commerce, lokal biznes və korporativ saytlar üçün SEO rəqabətdə fərqlənməyə kömək edir. Saytın məqsədi satış, müraciət və ya brend tanıtımıdırsa, SEO onun inkişafında mühüm rol oynayır.

Çoxsaylı uğurla nəticələnən layihələr əsasında qazandığımız təcrübə müxtəlif sahələr üzrə fəaliyyət göstərən saytlar üçün fərdi və effektiv SEO həlləri təqdim etməyimizə imkan yaradır. Biz sizə effektiv SEO strategiyası ilə daha çox orqanik trafik, daha geniş kütləyə çatmağı və rəqabət üstünlüyü əldə etməyi təklif edirik. Saytın daxili, xarici və texniki optimizasiyası ilə onun axtarış nəticələri arasında yüksək mövqeyə sahib olmasını təmin edirik.

Bəli, SEO prosesi zamanı müştəri istəyinə uyğun saytın kontentlə təmin olunması da həyata keçirilir.

Xeyr, developer dəstəyi göstərilmir. Developer müştəri tərəfindən tapılır. Bəzi hallarda prosesə uyğun olaraq tanış developerlə əlaqə yaradıla bilər.

SEO saytın orqanik nəticələrdə yüksəlməsinə xidmət edir və klikə görə ödəniş tələb etmir, lakin nəticə üçün vaxt lazımdır. Google Ads isə ödənişli reklamdır və nəticəni dərhal göstərir, amma büdcə dayananda trafik də dayanır. Ən yaxşı nəticə üçün hər ikisi birlikdə planlaşdırılır.

SEO xidməti üçün minimum 6 aylıq razılaşma tələb olunur, çünki nəticələrin formalaşması və ölçülməsi üçün bu müddət lazımdır.

Bəli. Google Business profilinin qeydiyyatı və optimallaşdırılması, yerli açar sözlər və xəritə nəticələrində görünmək üçün lokal SEO işləri aparılır.

Nəticələr Google Search Console və Google Analytics üzərindən izlənilir. Açar söz mövqeləri, orqanik trafik və müraciət sayı üzrə aylıq hesabat təqdim olunur.

Heç bir SEO mütəxəssisi Google-da konkret mövqeyə zəmanət verə bilməz, çünki sıralamanı Google-un alqoritmi müəyyən edir. Biz görülən işlərin keyfiyyətinə, şəffaflığa və hər ay ölçülə bilən hesabata zəmanət veririk.

Dayandırmaq mümkündür, lakin rəqiblər işini davam etdirdiyi üçün mövqelər zamanla aşağı düşə bilər. Ona görə əldə olunan nəticələri qorumaq üçün texniki nəzarəti və kontent yenilənməsini davam etdirməyi tövsiyə edirik.

Saytın idarəetmə panelinə, Google Search Console və Google Analytics hesablarına giriş, həmçinin biznesiniz, hədəf auditoriyanız və rəqibləriniz haqqında qısa məlumat kifayətdir.

SEO xidməti üçün müraciət edin

Saytınızın mövcud vəziyyətini birlikdə dəyərləndirək və sizə uyğun SEO paketini seçək.

+994 50 255 63 13