SEO dostu veb sayt nədir?

SEO dostu veb sayt nədir?

SEO dostu veb sayt, axtarış sistemlərinin bütün kriteriyalarına uyğunlaşan, yaxşı istifadəçi təcrübəsinə malik və axtarış zamanı nəticələrin əks olunduğu səhifədə ön sıralarda yer alan saytlardır. Google tərəfindən yüksək qiymətləndirilməsini istədiyimiz hər bir sayt hərtərəfli və düzgün şəkildə optimallaşdırılmalıdır ki, bunun üçün bir neçə mühüm amilə diqqət etmək lazımdır:

Açar sözlər

Açar sözlər səhifədəki kontenti axtarış sistemlərinə izah edən, eyni zamanda istifadəçilərin axtarış zamanı istifadə etdikləri ifadələrlə eyni və ya əlaqəli olan sözlərdir. Açar sözlərin yerində və qədərində işlədilməsi olduqca önəmlidir ki, bu qaydaya uyğunlaşmayaraq həddindən artıq miqdarda açar sözdən istifadə edən saytlar Google tərəfindən spam oluna bilər. Eyni zamanda açar sözlərin çoxluğu kontentin də korlanmasına gətirib çıxarır ki, bu da öz növbəsində istifadəçi təcrübəsinə mənfi təsir göstərir. Doğru miqdarda seçilmiş açar sözlərin məzmun, başlıqlar, alt etiketlər, və.s kimi hissələrdə işlədilməsi saytınızı ön sıralara çəkəcək həmlələrdən biridir.

Meta title və Meta description

Yuxarıda göstərildiyi kimi, meta title nəticələr arasında çıxan səhifəyə keçid üçün başlıq formasında olan linkdir. Bu hissədə əsas açar sözün işlədilməsi və başlığın məzmunu effektiv şəkildə izah etməsi olduqca önəmlidir. Meta description isə, title`ın altında yerləşən və məzmunu daha dəqiq və biraz daha geniş formada izah edən hissədir. Meta açıqlamanın da istifadəçinin diqqətini çəkəcək və məzmunu qısa və dəqiq təsvir edəcək şəkildə optimallaşdırılması veb saytı SEO dostuna çevirın önəmli kriteriyalardandır.

Headers

Headers (H1,H2….H6) səhifədəki məzmunun başlıqlar formasında bölünərək, axtraış motorları tərəfindən iyerarxik formada analiz olunmasına şərait yaradan etiketlərdir. Bu etiketlərin düzgün sıralanması həm istifadəçilərin, həm də axtarış sistemlərinin məzmunu asanlıqla mənimsəməsinə yardımcı olur. Bu başlıqlar 1-dən 6-ya qədər ardıcıllıqla sıralana bilir. Ardıcıllıq belə qurulur:H2 H1in alt başlığı, yəni tərkib hissəsi, H3 H2nin tərkib hissəsi hesab olunur. Sıralama bu formada irəliləyərək məzmunun həcmindən və başlıqların sayından asılı olaraq sayca dəyişə bilir(maksimum 6-ya qədər).

URL strukturu

SEO dostu URL strukturunun yaradılması üçün bu 4 addımıı izləmək olduqca önəmlidir:

-URL-in slug hissəsində düzgün təyin olunmuş açar sözdən istifadə

-Açar sözün miqdarının çox olmaması, url-in uzunluğununun qısa olması

-URL -in səhifədəki məzmunu qısa və dəqiq şəkildə təsvir etməsi

-Hər səhifə üçün spesifik URL-in yaradılması

Bu kriteriyalara uyğunlaşan URL lər SEO dostu hesba olunur və saytın axtarış nəticələri arasında ön sıralarda yerləşməsinə birbaşa təsir göstərir.

Məzmun

SEO dostu  bir veb saytı, keyfiyyətli məzmun olmadan təsəvvür etmək mümkün deyil. Yaxşı istifadəçi təcrübəsinə malik olan, axtarış motorları və istifadəçilər tərəfindən sevilən hər bir saytın əsasında faydalı və maraqlı kontent durur. Keyfiyyətli məzmun dedikdə, axtarış motorlarının müəyyən kriteriyalarına uyğunlaşan və istifadəçilər tərəfindən maraqla oxunan məzmunlar başa düşülür ki, bu məzmunların yaradılması zamanı aşağıdaki məqamlara diqqət yetirmək olduqca önəmlidir:

-Məqalə yazarkən, onun istifadəçilərin mövzuyla əlaqəli suallarını əhatəli şəkildə cavabladığından, istifadəçiyə fayda verəcəyindən əmin olmaq lazımdır. Bunun üçün məqalə yazmazdan əvvəl isifadəçinin mövzudan gözləntilirərini təyin edərək mövzunun planını tərtib etmək lazımdır. Saytın digər hissələri nə qədər yaxşı optimallaşdırılsa da, əgər onun məzmunu istifadəçi üçün, yaxşı istifadəçi təcrübəsinin mövcudluğunu təmin etmirsə, bu sayt  

-Mövzuyla əlaqəli açar sözləri təyin edilərək məqalə daxilində istifadə olunması axtarış sistemlərinin məzmununuzun nədən bəhs etdiyini asanlıqla başa düşməsinə və sıralamadakı yerinizi təyin etməsinə yardım edir. Açar sözləri təyin edərkən onun məzmunla əlaqəli olmasına, istifadə edərkən isə miqdarına diqqət etmək lazımdır. Həddindən artıq miqdarda açar sözün istifadəsi, həm məqalənin keyfiyyətinin korlanmasına, həm də saytın Google tərəfindın spam kimi qəbul edilərək “cəzalandırılmasına” səbəb ola bilər.

-Məqalə yazarkən mətnin plagiat, yəni kopya olmamasına diqqət etmək lazımdır. Bu hal saytınızı həm istifadəçilərin həm də axtarış sistemlərinin gözündə etibarsız hala gətirir.

-Saytda məqalələrlə birgə, vizual kontentin də rolunu unutmamalıyıq. Saytda yerləşdirilən şəkillər məqaləylə birbaşa əlaqəli olub onun haqqında ilkin təsəvvür yaratmalıdır. İstifadəçi şəklə baxanda, məqalənin nədən bəhs edəcəyini təxmin etməlidir. Bundan əlavə sayta şəkil və video yerləşdirərkən onların həcminə də diqqət etmək lazımıdr ki, saytın sürətinə mənfi təsir göstərməsin.

Saytın sürəti

 İstifadəçilər daim axtarışında olduqları məlumatı sürətli şəkildə əldə etməyə çalışırlar. Buna görə də, sürətli işləyən sayta sahib olmaq, istifadəçilər tərəfindən yüksək qiymətləndirilməyimiz üçün olduqca önəmli faktordur. Saytdaxili optimallaşdırmanı nə qədər düzgün aparsınız da, əgər saytınızın sürəti çox aşağıdırsa, istifadəçilər bezərək saytdaki məzmunu nəzərdən keçirməkdən imtina edəcək ki, bu hal da sıralama zamanı saytın reytinqinə mənfi göstərəcək. Yaxşı istifadəçi təcrübəsini təmin etməyən saytları axtarış sistemləri də sevmir. Saytın sürətinə bəzi faktorlar təsir edir ki, bunlara sayta yerləşdirilən vizualların həcmi, hostinqin sürəti, saytda istifadə olunan digər texnologiyalar və s. addir. Yüksək həcmli şəkillərin sayta yerləşdirilməsi saytı yavaşladır ki, bu da saytın texniki cəhətdən düzgün optimallaşdırılmasının qarşısını alır.

Daxili linklər

 Daxili linklər məzmun daxilində yerləşdirilən və sayta aid başqa bir səhifəyə keçidlərin verilməsi üçün istifadə olunan bağlantılardır. Daxili linklər səhifədəki məzmunların əlaqələndirilməsinə imkan verir ki, bu da istifadəçinin saytda daha çox vaxt keçirərək daha çox məzmunla tanış olmasına səbəb olur. Saytdaki məzmunların əlaqələndirilməsi üçün, sayt faydalı məzmunlarla zəngin olmalıdır. Daxili linkləmə prosesi həm axtraış motorları tərəfindən qiymətləndirməyə, həm də istifadəçi təcrübəsinə təsir göstərir. Belə ki, istifadəçilər daxili bağlantılar vasitəsilə müəyyən bir anlayış haqqında daha ətraflı məlumat alaraq məzmununuzu daha yaxşı mənimsəyə bilirlər. Təbii ki, bu hal axtraş sistemləri tərəfindən yüksək qiymətləndirilir. Unutmamalı olduğunuz məsələlərdən biri də, hər məzmunun daxilində istifadə etdiyiniz bağlantı sayıdır. Həddindən artıq və məntiqsiz şəkildə istifadə olunan linklər həm məzmunuzu yararsız hala gətirə bilər, həm də Google tərəfindən spam kimi qəbul oluna bilər.

Uİ və UX dizayn

Uİ (User İnterface) dilimizdə “istifadəçi interfeysi” kimi tərcümə olunub, saytla istifadçi  arasında qraşılıqlı əlaqə yaradan hər şeyi özündə ehtiva edir. Uİ dizayn dedikdə saytda düymələrin, vizual kontentin, mətnlərin, qısaca istifadəçinin saytda görəcəyi hər şeyin necə yerləşdirməsi nəzərdə tutulur.

UX (User Experience) istifadəçi təcrübəsiylə bağlı olub, əsas məqsədi saytı istifadəçilər üçün funksional hala gətirməkdən ibarətdir. Bura saytdın sürəti, saytın səhifələri arasındaki keçidlərin tənzimlənməsi, istifadəçinin axtardığı məhsul və ya informasiyanı asanlıqla tapmasının təmin edilməsi və s. aiddir

Bir-birini tamamlayan bu iki dizayn sahəsi saytın optimallaşdırılmasına dolayı yolla təsir edərək, istifadəçi təcrübəsinə öz təsirini göstərir. Buna görə də, optimallaşdırma prosesində istifadəçilərin saytdan rahat istiafdəsini təmin etmək üçün Uİ və UX dizaynı da nəzərə almaq lazımdır.

Mobil uyumluluq

Günümüzdə bir çox insan axtarışların böyük hissəsini ağıllı telefonlar vasitəsilə həyata keçirir. Məhz bu səbəbdən, saytın hazırlanması zamanı onun bütün cihazlar üçün optimallaşdırılmasını unutmamalıyıq. Bu zaman saytın yüklənmə sürəti, onun digər cihazlarda necə göründüyü, istifadə olunan vizual kontentlərin fərqli görünüşü, və s. kimi nüasnlar nəzərə alınmalıdır. Saytınızın nə qədər mobil uyumlu olduğunu test etmək üçün onu digər cihazlarda da yoxlamaqla bərabər responsivetesttool, responsivetesttool kimi alətlər vasitəsilə də mobil uyumluluq testi edə bilərsiniz.

 Axtarış motorları öz istifadəçilərini yaxşı təcrübəylə təmin etmək üçün daim istifadəçilər üçün düzgün optimallaşdırılmış saytları onlara təqdim edir. Burdan belə nəticəyə gələ bilərik ki, SEO dostu veb saytlar həm də istiafdəçi dostu da sayıla bilər. Məhz buna görə də, sayt optimallaşdırılarkən onun həm Google botları tərəfindən asanlıqla analiz olunmasına, həm də istifadəçilər tərəfindən rahatlıla istiafdə olunmasına şərait yaratmaq lazımdır.

Related Posts
Leave a Reply

Your email address will not be published.Required fields are marked *