On-page SEO nədir?

On-page SEO nədir?

Axtarış motoru nəticələrində üst sıralarda görünmək istəyən hər bir sayt optimallaşdırılmalıdır ki, bu proses də öz növbəsində bir neçə hissəyə ayrılır. Bu istiqamətlərdan biri də saytınızın axtarış motorları tərəfindən daha asan indekslənməsi və istifadəçilər tərəfindən daha rahat tapılması təmin edən On Page, yəni saytdaxili SEO dur.

On Page SEO saytın daxilində yerləşən müxtəlif hissələrin Google və digər axtarış sistemləri üçün optimallaşdırılması prosesidir. Saytınızın trafik cəlb etməsi və ən əsası yaxşı müştəri təcrübəsini təmin etməsi üçün, ilk növbədə daxildən optimallaşdırılmalıdır. Gəlin saytdaxili optimallaşdırmayla bağı bir neçə mühüm məqama nəzər salaq:

Açar sözlər 

Açar sözlər istifadəçilərin hər hansı məhsul, xidmət və ya başqa məlumat axtarışında olarkən axtarış motorlarına daxil etdikləri söz və ya ifadələrdir. Məsələn, rəqəmsal marketing agentlikləri ilə maraqlanan bir şəxs axtarış motoruna “rəqəmsal marketing agentliyi”, “rəqəmsal marketing xidməti”. “digital marketing agentliyi” və.s kimi açar sözləri daxil ede bilər. SEO mütəxəssisinin vəzifəsi bu və digər açar sözləri təyin edərək onları məzmun, meta başlıq, meta açıqlama və s. kimi hissələrdə düzgün şəkildə istifadə edə bilməsidir. Açar söz araşdırması edərkən Semrush, Ahrefs kimi alətlərdən istifadə edə bilərsiniz. Siz açar sözləri düzgün şəkildə istifadə etdikdə, axtarış motorları da məzmunuzu istifadəçinin axtarışı ilə əlaqəli hesab edərək saytınızı ön sıralarda göstərir. Unutmamaq lazımdır ki, açar sözlərin həddindən artıq isifadəsi həm məzmununuzun keyfiyyətsizləşməsinə, həm də Google və ya digər axtarış motorları tərəfindən spam kimi  qəbul olunmasına səbəb ola bilər. Buna görə də düzgün açar sözlərin seçilərək tam yerində işlənməsi daxili optimallaşdırmada əsas məsələlərdən biri hesab olunur.

Meta title

meta title

Yuxarıda da göstərildiyi kimi, meta başlıqlar istifadəçinin axtarışı nəticəsində görünən və istifadəçinin məzmunun yerləşdirildiyi səhifəyə keçid etmək üçün kliklədiyi başlıqlardır. Bu başlıqların istifadəçinin axtarışa verdiyi açar sözlə maksimum əlaqəli olması önəmlidir, çünki onlar ehtiyacı olan məlumatı tez əldə etmək üçün ən əlaqəli başlıqlara üz tuturlar. Meta title yazarkən bunlara diqqət etməliyik:

-Başlıq tərkibində açar sözlərə yer verməli;

-Qısa, eyni zamanda izahedici olmalı;

– Asan başa düşülən və cəlbedici olmalı;

-Hər məzmun(səhifə) üçün spesifik başlıq yaradılmalıdır.Bununla axtarış motorları hər səhifəni fərqli məzmun kimi qəbul edəcək.

Meta description

Meta description

Meta açıqlama meta title’ın tam altında yerləşərək məzmunu daha dəqiq şəkildə, daha ayrıntılı formada izah edir. Meta başlıqda olduğu kimi, burada da yazının qısa və izahedici olmasına, daxilində açar sözlərin işlədilməsinə, hər səhifə üçün spesifik yazılmasına, və.s kimi məqamlara diqqət etmək lazımdır. Meta açıqlama daxilində istifadəçini hərəkətə təşviq edəcək mesajın yerləşdirilməsi məqsədəuyğundur.

URL strukturu

URL axtrarış motorlarının və istifadəçilərin saytdaki səhifələri asanlıqla fərqləndirməsi üçün istifadə olunan link formasında adreslərdir. URL səhifədəki məzmunu dəqiqliklə izah etməli və əsas açar sözü özündə ehtiva etməlidir. Məsələn https://www.yusifmaniyev.com/seo-nedir/ bir URL-dir. Bizim optimallaşdıra bildiyimiz hissəsi isə qalın hərflərlə yazılmış hissədir ki, bu hissə də slug adlanır. Düzgün slug-ın yazılması üçün açar söz araşdırması edilməli, ən çox axtarılan və məzmunuzla ən əlaqəli olanı bu bölməyə daxil edilməlidir. Bu hissənin effektiv şəkildə optimallaşdırılması həm axtarış sistemlərinin, həm də istifadəçilərin məzmunun nədən bəhs etdiyini asanlıqla anlamasına şərait yaradır ki, bu da öz növbəsində saytın reytinqinə təsir edir.

Headers-Alt başlıqlar

Headers dedikdə, iyerarxik şəkildə yerləşdirilmiş başlıqlar başa düşülür. Bu, axtarış sisteminin səhifədəki ardıcıllığı anlamasını və rahatlıqla məlumatarı indeksləşdirilməsini təmin edir. Headers H1-dən H6-ya qədər sıralana bilər. Sıralamada ardıcıllıq ümumi başlıqdan xüsusi başlığa doğru irəliləyir. Yəni H2 H1-in, H3 isə H2-nin alt başlığı sayılıb onun tərkibinə daxil olur. Daha yaxşı anlamaq üçün, gəlin SEO ilə bağlı bloqun heading hissəsini sıralayaq:

  • SEO nədir?-H1
  • On page SEO-H2
  • Açar sözlər-H3
  • Meta title-H3
  • Meta description-H3
  • Headers-H3
  • Məzmun -H3
  • Alternativ mətn-H3
  • Off Page SEO-H2
  • Backlink nədir-H3
  • Sosial media-H3
  • Rəqəmsal PR-H3
  • Texniki SEO-H2
  • SSL sertifikatı-H3
  • Saytın sürəti-H3
  • Mobil uyumluluq-H3
  • Sayt xəritəsi-H3

Gördüyünüz kimi, başlıqlar yuxarıdakı formada sıralanır. Alt başlıqların düzgün sıralanmaması axtarış sistemini çaşdıra bilər ki, bu da öz növbəsində saytınızın reytinqini azaltmış olar.

Məzmun

Məzmun daxili SEO prosesinin nəticəsinə təsir edən əsas amillərdən biridir. Məzmun dedikdə, saytınızın daxilində yerləşdirilən və hər hansı mövzu, məhsul və ya xidmət haqqında olan istnilən yazılı, şəkil və ya video material nəzərdə tutulur. SEO-da əsas məsələ sadəcə saytın orqanik klik sayını çoxaltmaq deyil, burada əsas məsələ sayta trafik çəkərək istifadəçilərin saytda keyfiyyətli vaxt keçirməsini və məzmundan faydalanmasını təmin etməkdir. Uğurlu hazırlanmış kontent, istifadəçi təcrübəsini yaxşılaşdırmağa aparan əsas vasitələrdən biridir. Başlığınız nə qədər cəlbedici yazılmış olur olsun, kontentiniz zəifdirsə və istifadəçinin sualını cavablandırmırsa, istifadəçilər saytınızı qısa müddət ərzində tərk edəcək. Bu halda, axtarış sistemləri də kontentin yararsız olduğunu anlayır və saytınızı etibarsız hesab edir.

Məzmun mətn formasında yazıldığı zaman, mətn anlaşıqlı və başa düşülən dildə yazılmalıdır. Bundan əlavə məzmun yazarkən özünüzü istifadəçinin yerinə qoymalı və sualınızın ətraflı şəkildə cavablandırılıb cavablandırılmadığına diqqət etməlisiniz. Təbii ki, açar sözləri də unuda bilmərik. Məzmun daxilində açar sözlərin istifadə olunması  olduqca önəmlidir. Lakin burada bir məqama diqqət etmək lazımdır: açar sözlər elə istifadə olunmalıdır ki, məzmunun keyfiyyətini korlamasın və sayt Google`un “radarına düşməsin”. Yəni, siz məzmun daxilində həddindən artıq çox açar sözdən istifadə etsəniz, məzmununuz açar söz yığınına və heç bir məna kəsb etməyən bir mətnə çevriləcək. Google da, sizin məzmununuzu spam kimi qəbul edərək, sizi istifadəçi qarşısına çıxarmayacaq.

Sayta yerləşdirilən şəkil və videolar da axtarılan açar sözlə, yəni məzmunla birbaşa əlaqəli olmalı, onların ölçü və keyfiyyətinə diqqət olunmalıdır. Vizual kontentlər yazınızı izah etməli və istifadəçinin ağlında məzmun haqqında ümumi təsəvvürün formalaşmasına imkan verməlidir.

Alt etiketlər

Təsəvvür edin ki, saytınıza bir şəkil yerləşdirmisiniz və bu şəklin istifadəçi axtarışlarında vizual nəticələr arasında ön sıralarda çıxmasını istəyirsniz. Google axtarış zamanı bütün məzmunları scan edərək öncə onların açar sözlə nə qədər əlaqəli olduğunu “başa düşür”, daha sonra isə indeksləşdirərək nəticələri sıralayır. Bəs Google şəkillərin nədən bəhs etdiyini necə başa düşür? Bu zaman onun köməyinə alt etiketlər çatır. Alt etiketlər şəkillərin sayta yerləşdirilməsi zamanı onlara əlavə olunan söz və ya ifadələr toplusudur. O, axtarış sistemlərinə şəkillərin nədən bəhs etdiyini izah edir. Alt etiketin yazılışı zamanı açar sözlərdən istifadə olunması əsas məsələlərdən biridir. Açar sözlərin əlavəsi ilə şəklin düzgün şəkildə yazılı olaraq təsviri, məzmunun istifadəçilər üçün daha əlçatan hala gəlməsinə səbəb olar. Bir sözlə, siz şəkli düzgün izah etsəniz, Google da onu anlayaraq istifadəçi qarşısına çıxaracaq.

Daxili linkləmə

Saytdaxili linkləmə, internal linking

Daxili linkləmə dedikdə, saytınızda yerləşdirdiyiniz məzmunlar arasında əlaqə yaradaraq, bir məzmundan digər əlaqəli məzmuna link vasitəsilə keçid verməyiniz nəzərdə tutulur. Daxili linkləmə ilk növbədə, axtarış motorlarına saytınızın strukturunu daha yaxşı anlamağa  imkan verərək, saytnızı onun gözündə daha peşəkar hala gətirir. Məntiqli və effektiv şəkildə qurulmuş daxili linkləmə strategiyası eyni zamanda istiafdəçi təcrübəsinə də müsbət təsir göstərir. Belə ki, istifadəçilər bir məqalə oxuyarkən onlara maraqlı gələn hər hansı mövzuya linklər vasitəsilə daha asan keçid edə, saytda daha çox vaxt keçirə bilərlər. Bir sözlə, daxili linkləmə həm axtraış motorları, həm də istifadəçilər üçün saytdan istifadəni xeyli asanlaşdrır. Qeyd edim ki, daxili linkləmə zamanı bir məzmun daxilində yerləşdirilən link sayına da diqqət etməyiniz olduqca vacibdir. Məzmunla əlaqəsiz şəkildə və həddindən artıq sayda yerləşdirilən linklər, saytınızı link yığını kimi göstərə və eyni zamanda axtarış motorlarını da çaşdıra bilər. Bu halda Google məzmununuzu sapm kimi qəbul edəcəkdir.

Yuxarıda sadalanan hər bir amil SEO prosesinin əsasını təşkil edən proseslərdən ibarətdir. Unutmayın ki, saytın keyfiyyətli istifadəçi təcrübəsi təmin etməsi, axtarış motorları tərəfindən daha yüksək reytinq və yaxşı görünmə ilə mükafatlandırılır. Məhz buna görə də, sayt daxili optimallaşıdrma zamanı həm axtarış motorlarının standartlarını nəzərə almalı, həm də istifadəçi kimi düşünməyə çalışaraq onların istəklərinə uyğun şəkildə optimallaşdırma prosesini həyata keçirməlisiniz.

Related Posts
Leave a Reply

Your email address will not be published.Required fields are marked *