Display Reklam Nədir?

Display Reklam Nədir?

Display reklamlar rəqəmsal marketinqdə brendlərin mesajlarını vizual şəkildə istifadəçilərə çatdırmaq üçün istifadə olunan onlayn reklam formatlarıdır. Bu reklam növü müxtəlif veb səhifələrdə şəkil, video və animasiyalardan ibarət ola bilər. Display reklamlar axtarış nəticələri reklamlarından fərqli olaraq, istifadəçilərin diqqətini daha çox vizual vasitələrlə cəlb etməyə çalışır və reklamverənlərə daha yaradıcı, interaktiv məzmun təqdim etmək imkanı verir. Bu reklamlar istifadəçinin maraqları, davranışları və onlayn fəaliyyətlərinə əsasən fərdiləşdirilə bilir və beləliklə, daha effektiv hədəfləmə imkanı yaradır. İstifadəçilər bannerlərə klik etdikdə reklamverənlərin təyin etdiyi açılış səhifələrinə (landing page) yönləndirilir və beləliklə potensial müştərilərin maraqları daha asan şəkildə satışa çevrilir. Display reklamlar həm brend tanıtımı, həm də satışların artırılması üçün geniş istifadə olunur və marketinq strategiyalarında mühüm rol oynayır.

Display reklamlar harada istifadə olunur?

Display reklamlar xəbər saytlarında, bloq platformalarında, oyun saytlarında və daha bir çox onlayn məkanda istifadə oluna bilər. Bundan əlavə, sosial media tətbiqləri, rəqəmsal jurnallar və ticarət portalları da bu reklamların yayımlandığı əsas kanallardandır. Şirkətinizin fəaliyyət sahəsinə uyğun olaraq, müxtəlif rəqəmsal platformalarda display reklam yerləşdirmək mümkündür. Bu reklamlar vasitəsilə məhsul və ya xidmətinizi tanıtmaq, hədəf auditoriyanıza çatmaq, satınalma təcrübəsi yaratmaq və mövcud maraq dairəsinə uyğun məzmun təqdim etmək kimi məqsədləri reallaşdıra bilərsiniz. Əgər hədəf kütlənizi yaxşı tanıyırsınızsa və A/B testlərindən istifadə edərək reklamlarınızı davamlı olaraq təkmilləşdirirsinizsə, daha uğurlu nəticələr əldə edə bilərsiniz. Display reklamları düzgün platformada və doğru auditoriyaya yönəlmiş şəkildə hazırlandıqda, yeni müştərilər cəlb etmək və mövcud müştəriləri yenidən hədəf almaq mümkündür. Hətta hər iki kütlə üçün fərqli mesaj və dizayna malik reklam kampaniyalarını eyni anda həyata keçirərək daha yaxşı təsir yarada bilərsiniz.

Display reklamların növləri

Display reklamlar fərqli xüsusiyyətlərə malikdir və bu reklamın növləri arasından seçim edərkən reklamın məqsədi və yerləşdiriləcəyi platforma əsas götürülməlidir. Hər bir reklam növünün öz funksiyası və üstünlükləri olduğuna görə, düzgün seçim daha yaxşı nəticələr verir. Daha yaxşı başa düşmək və doğru qərar vermək üçün sizə display reklam növləri haqqında ümumi məlumat təqdim edəcəyik. Siyahını incələyərək hansı reklam modelinin sizin üçün uyğun olduğunu müəyyən edə bilərsiniz.

Banner reklamlar 

Banner reklam biznesinizə məxsus veb saytınıza və ya xüsusi açılış səhifəsinə (landing page) istifadəçiləri cəlb etmək məqsədilə hazırlanmış düzbucaqlı vizual reklam növüdür. Bu reklamlar digər veb saytların müxtəlif hissələrində yerləşdirmək mümkündür. Məhsul və xidmətlərinizi tanıtmaq üçün bu reklam növündən rahatlıqla istifadə edə bilərsiniz. 

Banner reklamlarda həm animasiyalı şəkillər, həm də statik görüntülər tətbiq oluna bilər. Bu sayədə məhsul və xidmətlərinizi daha geniş auditoriyaya təqdim etmək mümkündür. İstifadəçi banner reklama kliklədikdə birbaşa olaraq sizin veb saytınıza yönləndirilir. Beləliklə, saytınıza trafik cəlb edə bilir və daha çox potensial müştəriyə çatmaq imkanı əldə edirsiniz. Banner reklamlar ümumi display reklamlar arasında xüsusi əhəmiyyətə malikdir.

display reklam nədir? Banner reklam nümunəsi.

Dinamik reklamlar

Dinamik reklamlar display reklamların bir növü olaraq izləyicilərə daha uyğun və fərdiləşdirilmiş məzmun təqdim etmək imkanı yaradır. Bu reklam formatı çərçivə funksiyası daşıyaraq eyni reklam sahəsində fərqli məzmunların göstərilməsinə şərait yaradır. Məsələn fərqli yaş qruplarına və ya maraq sahələrinə uyğun olaraq müxtəlif məhsullar və xidmətlər təqdim oluna bilər. Dinamik reklamlarda şəkillər, mətnlər, keçid linkləri və çağırış (CTA) mesajları kimi elementlər asanlıqla dəyişdirilə bilir. Reklam məzmunu istifadəçi profillərinə əsaslanaraq əl ilə dəyişdirilə bilər və ya avtomatik şəkildə, xüsusi məlumat faylları (feed) və müəyyən məzmun qaydaları əsasında sistem tərəfindən tənzimlənə bilər. Bu üsul display reklam kampaniyalarının daha hədəfli və effektiv olmasına kömək edir. Bu cəhətdən dinamik reklamlar ən effektli display reklam növlərindən biri sayılır.

Display reklam nədir? Dinamik reklam nümunəsi

YouTube reklamları

YouTube display reklamları markalara izləyicilərə vizual olaraq təsir göstərmək və performans nəticələrini gücləndirmək üçün geniş imkanlar təqdim edir. Platformanın video əsaslı olması reklam məzmununun diqqət çəkməsini və daha yaxşı yadda qalmasını təmin edir. İnsanların gündəlik uzun müddət video izləməsi reklamların görünmə ehtimalını artırır. YouTube-un geniş və müxtəlif auditoriyası reklamverənlər üçün hədəflənmiş mesajlar çatdırmaq baxımından böyük üstünlükdür. Vizual reklamlar emosional əlaqə qurmaq və mesaj ötürmək üçün çox əlverişlidir. Bu səbəbdən YouTube müasir display reklam strategiyalarında vacib bir platforma sayılır. Youtube reklmalarının növləri:

  • Skippable in-stream reklamlar: 5 saniyədən sonra keçilə bilən reklamlardır. Geniş auditoriyaya çatmaq üçün istifadə olunur.
  • Non-skippable in-stream reklamlar: Tam izlənməsi tələb olunan qısa reklamlardır (təxminən 15 saniyə). Mesajın tam çatdırılması üçün uyğundur.
  • Bumper reklamlar: 6 saniyəlik, keçilməyən qısa reklam formasıdır. Brend xatırlanmasını artırmaq üçün istifadə edilir.
  • Video discovery reklamlar: YouTube axtarış nəticələrində və əlaqəli videoların yanında yerləşir. Maraqlı auditoriyaya yönəlməyə imkan verir.
  • Masthead reklamları: YouTube ana səhifəsində yerləşən reklam formatıdır. Geniş görüntülənmə və təsir yaratmaq üçün effektivdir.

Display reklamların məqsədləri

Display reklamları bir sıra məqsədlərlə yayımlana bilər. Hər bir reklamın arxasında brendin tanıdılması, məhsul və ya xidmətin satışının artırılması, veb sayt trafikinin çoxaldılması və ya mövcud müştərilərlə əlaqənin gücləndirilməsi kimi müəyyən bir hədəf dayanır. Reklamın yerləşdiyi platforma, dizaynı və məzmunu bu məqsədlərə uyğun şəkildə hazırlanmalıdır. Əgər reklam düzgün məqsədə uyğun planlanarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür. Aşağıda display reklamların hansı məqsədlərlə istifadə olunduğu ilə bağlı ətraflı məlumatlarla tanış ola bilərsiniz.

Marka tanınırlığını artırma

Marka tanınırlığı məhsul və xidmətlərinizin, eləcə də ümumilikdə şirkətinizin potensial müştərilər tərəfindən tanınması və xatırlanması deməkdir. Bizneslər internetdə daha çox insana çatmaq üçün marka tanınırlığını artırmağa çalışırlar. Xüsusilə yeni bir şirkətsinizsə, qısa müddətdə adınızın daha çox insan tərəfindən tanınması vacibdir. Bu məqsədlə display reklamlar vasitəsilə marka tanınırlığına yönəlmiş reklamlar hazırlaya bilərsiniz. Əgər markanızı tanıdan video, şəkil və ya animasiyalı maraqlı reklam məzmunları hazırlasanız, qısa zamanda brendinizi böyüdə və rəqibləriniz arasında daha çox seçilən bir marka halına gələ bilərsiniz.

Trafik əldə etmə

Əgər bir veb saytınız varsa, xüsusilə də e-ticarət saytı idarə edirsinizsə, əsas məqsədiniz saytınıza daha çox insan cəlb etmək olmalıdır. Bu baxımdan display reklamlar sizə çox kömək edə bilər. Əgər maraq doğuran, cəlbedici və təsirli reklam məzmunu hazırlayıb doğru reklam modeli ilə birləşdirirsinizsə, reklama klik edənlərin sayı artır. Reklamınıza klik edib saytınıza və ya açılış səhifəsinə daxil olan hər bir istifadəçi, sayt trafikinin bir hissəsi sayılır. Potensial müştərilərinizdən nə qədər çox uyğun istifadəçini saytınıza yönləndirə bilsəniz, satış şansınız və marka tanınırlığınız da o qədər artar. Qısaca desək, display reklamlarla saytınıza daha çox trafik cəlb edə və markanızı böyütmək üçün mühüm addımlar ata bilərsiniz.

Satış etmək

Əgər məhsul və xidmət satışı həyata keçirən bir e-ticarət saytınız varsa, reklam strategiyanız əsasən daha çox müştəri cəlb etməyə və satış etməyə yönəlməlidir. Bu məqsədlə display reklamlar vasitəsilə daha çox müştəri tapa bilərsiniz. Doğru şəkildə hazırlanmış reklamlarla satış etmək mümkündür. Əgər məqsədiniz satış yönümlü display reklamlar yaratmaqdırsa, məhsullarınızı tanıdan reklam məzmunları hazırlamalısınız. Bu sahədə ən yüksək geri dönüş nisbəsi adətən yenidən hədəfləmə (retargeting) strategiyası ilə əldə edilir. Yəni daha əvvəl sizdən alış etmiş və ya məhsulu səbətə əlavə edib saytı tərk etmiş istifadəçilərə yönəlmiş reklamlarla yenidən satış etmək mümkündür. Bundan əlavə, banner reklamlarla yeni auditoriyaları da hədəf ala bilər və yenidən hədəfləmə reklamları ilə paralel şəkildə bu strategiyanı fərqli reklamlarda tətbiq edə bilərsiniz.

Potensial müştərilərlə əlaqə yaratmaq

Display reklamların ən vacib funksiyalarından biri də istifadəçi ilə əlaqə qurmaqdır. Bu reklamlar vasitəsilə hədəf auditoriyanız və ya potensial müştəriləriniz ilə effektiv şəkildə ünsiyyət qurmaq mümkündür. Əgər reklam kampaniyanızın məqsədi əlaqə yaratmaqdırsa, ilk növbədə açılış səhifəsi (landing page) hazırlamalısınız. Bu səhifəyə daxil olan istifadəçilər ad, telefon nömrəsi, e-poçt ünvanı və sosial media hesabı kimi şəxsi əlaqə məlumatlarını daxil etdikləri bir forum doldururlar. Beləliklə, siz həmin istifadəçilərlə birbaşa ünsiyyət qurmaq imkanı əldə edirsiniz. Display reklamlar vasitəsilə bu əlaqə məlumatlarını topladıqdan sonra həmin şəxslərə fərdiləşdirilmiş kampaniyalar təqdim edən qısa mesajlar və e-poçtlar göndərə bilərsiniz. Bu mərhələdən sonra artıq həmin istifadəçilər potensial müştəri deyil, real müştəriyə çevrilə biləcək güclü namizədlər hesab olunur. Əgər bu cür reklamlarda uğur əldə etsəniz, gələcəkdə marketinq xərcləriniz azalacaq, eyni zamanda investisiya gəlirliliyiniz (ROI) artacaq.

Display reklamlarının üstünlükləri

Display reklamlarının üstünlüklərinə aşağıdakılar aid ola bilər:

  • Marka tanınırlığını artırır – Brendinizin daha çox insan tərəfindən tanınmasını təmin edir.
  • Satışları artırır – Məhsul və xidmətlərin satışına birbaşa təsir edir.
  • Yeni məhsul tanıtımı üçün idealdır – Vizual olaraq maraqlı təqdimatlar mümkündür.
  • Yüksək geri dönüş imkanı yaradır – Klik və alış nisbətini artırır.
  • Yenidən hədəfləmə (retargeting) imkanı verir – Əvvəlki ziyarətçilərə yenidən çatmaq mümkündür.
  • Geniş auditoriyaya çıxış imkanı var – Çox sayda potensial müştəriyə çatır.
  • Effektiv analiz imkanı yaradır – Nəticələri ölçmək və optimallaşdırmaq mümkündür.
  • Sərfəlidir – Ənənəvi reklamlara nisbətən daha ucuzdur.
  • Digər reklam növlərini tamamlayır – Sosial media və e-poçt kampaniyaları ilə birlikdə işləyir.
  • Çevik və test edilə biləndir – Fərqli məzmunları sınaqdan keçirməyə imkan verir.

Display reklamlarının uğurlu olması üçün nələrə diqqət edilməlidir?

Display reklamlarda uğur qazanmaq üçün tətbiq edə biləcəyiniz bir sıra effektiv strategiyalar mövcuddur. Display reklamlarının uğurlu olması üçün əsas məsləhətlər:

  1. Düzgün hədəfləmə aparın: İdeal müştəri profilini müəyyən edin. Reklamın yerləşdirildiyi platforma, məzmunun dili, vizual dizayn və doğru vaxtda yayımlanma hədəfləmədə önəmlidir.
  2. Zəngin media elementlərindən istifadə edin: Sadə mətn reklamlarından fərqli olaraq, display reklamlar animasiya, video, gif kimi zəngin elementlərlə daha çox diqqət çəkə bilər.
  3. Açılış səhifələrinizi optimallaşdırın: Reklamdan gələn istifadəçilər üçün sadə, mobil uyğun və təsirli bir açılış səhifəsi (landing page) hazırlayın. İstifadəçini hərəkətə keçirməyə yönəlmiş mesajlar əlavə edin.
  4. Mobil uyğun reklamlar yaradın: Veb trafikinin böyük hissəsi mobil cihazlardan gəlir. Reklamlarınız mobil ekranlara uyğun şəkildə hazırlanmalıdır.
  5. Yenidən hədəfləmə (retargeting) strategiyası qurun: Əvvəllər saytınızı ziyarət etmiş və ya səbətə məhsul əlavə edib çıxmış istifadəçilərə reklam göstərin. Bu qrup məhsulunuzu almağa daha yaxındır.
  6. Markanızı fərqləndirin: Unikal və peşəkar görünüşlü reklamlar hazırlayın. Güclü marka imici istifadəçilərdə etibar və sadiqlik yaradır.
  7. Reklamları test edin və izləyin: A/B testlər aparın, fərqli vizual və mətnlər sınayın. Nəticələri izləyərək daha uğurlu strategiyalar qurun.
  8. Pozitiv və sadə dil istifadə edin: Reklam mətnləriniz pozitiv, aydın və sadə olmalıdır. Mənfi ifadələrdən uzaq durun. Əyləncəli və motivasiyaedici dil daha çox klik gətirə bilər.
  9. Güclü və uyğun vizuallardan istifadə edin: İzləyicinin diqqətini çəkəcək və yadda qalacaq şəkil və videolara üstünlük verin.
  10. Yaradıcı və orijinal kampaniyalar hazırlayın: Təkrarlanan və maraqsız məzmun əvəzinə fərqli, əyləncəli və yaradıcı reklam kampaniyaları qurun. Brendinizlə uyğun rənglər və mesajlardan istifadə edin. 
Related Posts